Bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyindən məlumat verilib Bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyindən məlumat verilib

Hindistan koronavirusdan sağalanların sayına görə lider oldu

Bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyindən məlumat verilib

Hindistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 93 337 nəfər artaraq ümumilikdə 5 308 014 nəfərə çatıb.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyindən məlumat verilib.

Məlumata görə, son 24 saat ərzində koronavirus infeksiyasından müalicə olunanların sayı 95 880 nəfər artaraq 4 208 431 nəfər təşkil edib və bu, ölkənin göstərilən göstəricidə dünya üzrə lider olmasına imkan yaradıb.

“Hindistan koronavirusdan sağalanların sayına görə ABŞ-ı geridə qoyaraq dünyada birinci sıraya yüksəlib. Sağalanların ümumi sayı 4,2 milyon nəfəri keçib”, - Nazirliyin “Twitter” səhifəsində yazılıb.

Qurumdan verilən məlumatına görə, COVID-19-dan ölənlərin sayı son sutkada 1 247 nəfər artaraq 85 619 nəfərə çatıb. Bu, ABŞ və Braziliyadan sonra dünyada üçüncü göstəricidir. Hazırda 1 013 964 pasiyent müalicə alır.