- Dünyanın halı
- 9 Oktyabr 2020 13:00
- 2 408
Qırğızıstan hökuməti istefaya göndərilib

Baş nazirlə yanaşı bütün hökumət buraxılıb
Qırğızıstanın baş naziri Kubatbek Boronov istefaya göndərilib.
Məlumata görə, bu barədə ölkə prezidenti Sooronbay Jeenbekov müvafiq fərman imzalayıb.
Fərmana əsasən, baş nazirlə yanaşı bütün hökumət buraxılıb.
Qeyd olunur ki, yeni hökumət formalaşdırılanadək K.Boronov öz vəzifələrini icra edəcək. (Trend)