Bu barədə “Anadolu” agentliyi xəbər verib Bu barədə “Anadolu” agentliyi xəbər verib

Atambayev Qırğızıstan Prezidentini istefa verməyə çağırdı

Bu barədə “Anadolu” agentliyi xəbər verib

Təcridxanadan azad edilmiş Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev hazırkı dövlət başçısı Soonbay Jeenbekovu istefa verməyə çağırıb.

AzNews.az bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Atambayev Qırğızıstan Sosial-Demokrat Partiyasının mənzil-qərargahı qarşısında tərəfdarları önündə çıxış edib.

Eks-prezident öz prezidentliyi dövründə yol verdiyi səhvlərə görə xalqdan üzr istəyib və hazırkı dövlət başçısını sərt tənqid edib.

Atambayev Jeenbekovun istefasının, xalqın birliyinin və həmrəyliyinin qorunmasının vacibliyini bildirib.