- Qərb
- 15:18
- 1 372
İranlı diplomatların Avropa Parlamentinə girişi qadağan edildi
İran rejiminin yarım əsrlik dini diktaturaya son qoyulmasını tələb edən etirazçılara qarşı amansız repressiyalarına cavab olaraq, iranlı diplomatların Avropa Parlamentinə girişinin qadağan ediləcəyi bildirilib.
Avropa Parlamenti Prezidenti Roberta Metsola bu qərarı bazar ertəsi Avropa Parlamenti üzvlərinə (MEP) göndərdiyi məktubda açıqlayıb. Qadağa Brüssel və Strasburqda yerləşən, əsas müzakirələrin aparıldığı bütün parlament binalarına, eləcə də Lüksemburqdakı katibliyə şamil olunacaq.
Qərara əsasən, İran pasportu olan hər kəs girişdə yoxlanılacaq və rejim üçün çalışdığı müəyyən edilən şəxslərin parlamentə daxil olmasına dərhal icazə verilməyəcək.
Metsola məktubunda yazıb: “İran xalqı bu Parlamentin dəstəyinə, həmrəyliyinə və konkret addımlarına arxalana bilər.”
Mövsüm,
AzNews.az