Roberta Metsola: 2026-cı il diktaturaların bitəcəyi ildir

Avropa Parlamenti Prezidenti Roberta Metsola etirazçılara qarşı sərt repressiyalara görə İrana təzyiqlərin artırılmasına çağıraraq bildirib ki, diktatorların günləri artıq sayılıdır və bu rejimlər 2026-cı ildə sona çatacaq.

Metsola Euronews’a verdiyi müsahibədə “2026-cı il diktaturaların bitəcəyi ildir” deyib və İran rəhbərliyinin “son nəfəsini yaşadığını” qeyd edib.

O, Avropa İttifaqını daha sürətli addımlar atmağa çağıraraq əlavə sanksiyaların tətbiqi və İran İnqilab Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınması ehtimalının gündəmə gətirilməsini təklif edib.

Mövsüm,

AzNews.az