Ermənistanda bir günə 715 nəfər yoluxdu

Son sutkada daha 715 nəfər COVID-19-a yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 56 min 451 nəfərə çatıb.

AzNews.az xəbər verir ki, son sutkada daha 715 nəfər COVID-19-a yoluxub.

Ölkədə koronavirusdan ölənlərin sayı daha 4 nəfər artaraq 1020-yə çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.