- Dünyanın halı
- 6 Noyabr 2020 10:15
- 2 216
Mark Esper istefa ərizəsi yazıb
Öz istəyi ilə
ABŞ müdafiə naziri Mark Esper öz istəyi ilə istefa ərizəsini hazırlayıb.
Bu barədə NBC teleşirkəti Pentaqondakı üç mənbəyə istinadən məlumat yayıb.
M.Esperin istefası ilə bağlı son qərarın ABŞ-ın hazırkı prezidenti Donald Tramp tərəfindən veriləcəyi bildirilir. Məlumata əsasən, Pentaqon rəhbərinin bu addımı D.Trampın seçkilərdən sonra onu istefaya göndərməyi planlaşdırması ilə bağlıdır.
Xatırladaq ki, avqustun əvvəlində "Bloomberg" agentliyi D.Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə M.Esperi vəzifəsindən uzaqlaşdırmağı düşündüyünü bildirmişdi.