- Dünyanın halı
- 23 Noyabr 2020 23:42
- 3 343
İngiltərədə karantin rejimi bu tarixdə bitəcək

Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson parlamentdə çıxışında bildirib
İngiltərədə koronavirusla bağlı noyabrın 5-dən tətbiq olunan karantin rejimi dekabrın 2-dən sonra uzadılmayacaq.
AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson parlamentdə çıxışında bildirib. Onun sözlərinə görə karantin rejimini oktyabrda tətbiq edilən üç mərhələli lokal məhdudlaşdırıcı tədbirlər sistemi əvəz edəcək.
Qeyd edək ki, hazırda İngiltərədə barlar, restoranlar, kafe və kinoteatrlar, salonlar, idman zalları və qeyri-ərzaq malları satılan mağazalar bağlıdır.