Bu barədə ABŞ-ın hazırkı Prezidenti Donald Tramp öz tvitter hesabında yazıb Bu barədə ABŞ-ın hazırkı Prezidenti Donald Tramp öz tvitter hesabında yazıb

ABŞ-da hakimiyyətin ötürülməsi başlanıldı - Tramp nəticələri tanımır

Bu barədə ABŞ-ın hazırkı Prezidenti Donald Tramp öz tvitter hesabında yazıb

“Hakimiyyətin ötürülməsinə başlanma qərarı mənim seçki nəticələri ilə razılaşmağım demək deyil”.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ-ın hazırkı Prezidenti Donald Tramp öz tvitter hesabında yazıb.

Tramp Ümumi Xidmətlər İdarəsinin (GSA) hakimiyyəti demokrat Cozef Baydenə təhvil vermə prosesinə başlanması barədə qəbul etdiyi qərara baxmayaraq, seçkilərin nəticələrini tanımadığını vurğulayıb.

“Demokratlarla ilkin iş aparılması üçün verilən “GSA” icazəsinin müxtəlif məhkəmə işlərimizin davam etməsi ilə nə əlaqəsi var?”, - deyə Tramp qeyd edib. O, son seçkilərin “ABŞ siyasəti tarixində ən saxtalaşdırılmış seçkilər” olduğunu bildirib.

Qeyd edək ki, Co Bayden noyabrın 3-də keçirilən prezident seçkilərində 273 səslə qələbəsini elan etsə də, Donald Tramp bununla razılaşmır.