- Dünyanın halı
- 25 Noyabr 2020 11:15
- 3 088
Ermənistanda daha iki nazir müavini istefa verdi
Paşinyanın sərəncamı ilə
Ermənistanda istefa dalğası davam edir.
Erməni KİV-lərinin yaydığı məlumata görə, ədliyyə nazirinin müavini Rafik Qriqoryan və iqtisadiyyat nazirinin müavini Naira Marqaryan vəzifədən azad edilib.
Bu barədə baş nazir Nikol Paşinyan müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, bugünədək Ermənistanda 12 nazirdən 6-sı, eləcə də bir neçə nazir müavini istefa verib.
AzNews.az