Bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb Bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb

Belarus Ukraynaya nota verdi

Bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb

Belarus Respublikası Ukraynaya nota verib.

AzNews.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ukraynanın Belarusdakı səfiri İqor Kizima XİN-ə çağırılaraq xəbərdarlıq edilib. Buna səbəb Kiyevdə Belarus hökumətinə qarşı keçirilən etiraz aksiyasıdır.

Notada Ukraynada olan Belarus Səfirliyinin təhlükəsizliyinin təmin edilməsi, 1961-ci il Vyana konvensiyasına hörmət edilməsinin vacibliyi vurğulanıb.

“Radikal qruplar səfirlik binası ətrafında qanunsuz nümayiş keçirir, vəzifəmizi yerinə yetirməyə mane olmaqla yanaşı orada çalışan əməkdaşlarımızın, onların ailələrinin həyatlarını təhlükəyə atırlar”,- deyə Belarus XİN açıqlamasında qeyd edib.