Yerevanda etiraz Yerevanda etiraz

Əsgər anaları yenidən toplaşdı

Yerevanda etiraz

Qarabağ müharibəsində iştirak edən erməni əsgərlərinin valideynləri Yerevanda yenidən Hökumət evinin qarşısına toplaşıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, etirazçıların bir qismi baş nazir Nikol Paşinyanın köməkçisi ilə görüşə yollanıb.

Qeyd edək ki, Yerevanda əsgər valideynlərinin aksiyaları bir neçə gündür davam edir.

Onlar Qarabağda döyüşən əsgərlərin evə qaytarılmasını tələb edir.

AzNews.az