Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib

Rusiya səfirliyinin avtomobili Kabildə partladılıb

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib

Rusiyanın Əfqanıstandakı səfirliyinin avtomobili Kabildə əldəqayırma partlayıcı qurğu ilə partladılıb.

AzNews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, dekabrın 1-də Rusiya diplomatik nümayəndəliyinin avtomobili Kabildəki Rusiya səfirliyinin binası yaxınlığında hərəkət edərkən əldəqayırma partlayıcı qurğu işə salınıb, səfirliyin avtomobildəki işçiləri yüngül beyin sarsıntısı alıblar.

Qeyd olunub ki, hücumun hədəfi, diplomatik korpusa məxsus olan avtomobilin qarşısında hərəkət edən və içərisində Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin hərbçiləri olan avtomobil olub.

M. Zaxarovanın sözlərinə görə, Rusiyanın Əfqanıstandakı səfirliyi işçilərin təhlükəsizliyini yaxşılaşdırmaq üçün əlavə tədbirlər görür.