Preys tətbiq edilən karantindən istədiyi nəticəni ala bilmədiyini deyib Preys tətbiq edilən karantindən istədiyi nəticəni ala bilmədiyini deyib

İsrail koronavirusun üçüncü dalğasına hazırlaşır

Preys tətbiq edilən karantindən istədiyi nəticəni ala bilmədiyini deyib

İsrail yeni növ koronavirus infeksiyasının üçüncü dalğasının astanasındadır.

AzNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xalq Sağlamlığı Xidmətləri rəhbəri Şeron Elroy-Preys bildirib.

O, gündəlik yoluxma hallarının artması barədə ictimaiyyəti xəbərdarlıq edib, ölkənin üçüncü dalğanın başlanğıcında olduğunu söyləyib.

Preys son 24 saatda 1200-dən çox insanda virus aşkarlandığını, bunun oktyabrdan bu yana ən yüksək rəqəm olduğuna diqqət çəkib.

Yoluxmanın artacağını istisna etməyən Preys tətbiq edilən karantindən istədiyi nəticəni ala bilmədiyini deyib.

Xatırladaq ki, İsrail epidemiyanın birinci dalğasından xilas olmuş, çox az sayda yoluxma faktı qeydə alınmışdı.İyul ayında başlayan və oktyabr ayına qədər davam edən ikinci dalğa ölkədə çox təsirli olmuş və gündəlik yoluxma 9 mini keçmişdi. Bu səbəbdən İsrail rəhbərliyi sentyabr ayının ortalarında 3 həftədən çox davam edən karantinin tətbiqinə başlamışdı. Karantin sayəsində test nəticələri pozitiv çıxanların sayı 600-dən aşağı düşmüşdü.

Qeyd edək ki, ölkədə ümumilikdə 337 min 422 nəfər virusa yoluxub, 2867 vətəndaş ölüb.