Ölkə üzrə ümumilikdə 2 milyon 597 min 711 nəfər insan koronavirusa yoluxub Ölkə üzrə ümumilikdə 2 milyon 597 min 711 nəfər insan koronavirusa yoluxub

Rusiyada rekord ölüm - Qonşu ölkələrdə vəziyyət

Ölkə üzrə ümumilikdə 2 milyon 597 min 711 nəfər insan koronavirusa yoluxub

Rusiyada son bir gündə 28 min 585 yeni yoluxma faktı qeydə alınıb. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə qeydə alınan ən yüksək göstəricidir.

AzNews.az “worldometers”ə istinadən xəbər verir ki, 24 saat ərzində koronavirusda rekord ölüm sayı qeydə alınıb, belə ki sutka ərzində 613 pasiyent xəstəlikdən həyatını itirib. Bununla da virusdan vəfat edənlərin sayı 45 min 893 nəfərə çatıb. İndiyədək koronavirusa yoluxan 2 milyon 59 min 840 nəfər sağalıb.

Ölkə üzrə ümumilikdə 2 milyon 597 min 711 nəfər insan koronavirusa yoluxub.

Gürcüstanda son 24 saat ərzində daha 4 146 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 183 min 99-a çatıb.

Ölkədə sutka ərzində daha 37 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1 694-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 160 min 461 nəfərdir.

Ermənistanda son sutka ərzində daha 1077 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 146 min 317 nəfərə çatıb. Daha 29 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 445-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 123 min 474 nəfərdir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.