ABŞ-da daha 504 nəfər koronavirusdan öldü

Hazırda aktiv xəstələrin sayı 6 653 595 nəfərdir

ABŞ-da son sutkada 504 nəfər koronavirusdan vəfat edib, 58 170 yeni yoluxma faktı qeydə alınıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 305 586-ya çatıb.

Qeyd edək ki, indiyədək ABŞ-da 16.607.536 nəfər koronavirusa yoluxub, onlardan 9.648.355-i sağalıb.

Hazırda aktiv xəstələrin sayı 6 653 595 nəfərdir.