Bu barədə ölkənin Baş naziri Askar Mamin bildirib Bu barədə ölkənin Baş naziri Askar Mamin bildirib

Qazaxıstan peyvənd istehsalına başladı

Bu barədə ölkənin Baş naziri Askar Mamin bildirib

Qazaxıstan yeni koronavirusa (COVID-19) qarşı hazırlanmış “Sputnik V” peyvəndinin istehsalına başlayıb.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Askar Mamin bildirib. O, Karagandı Əczaçılıq Kompleksində rus vaksinin hazırlanmasına başladıqlarını vurğulayıb.

Açıqlamada peyvənd istehsalı ilə bağlı Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putinin müqavilə imzaladıqları bildirilib.

O, peyvəndin tətbiqinin gələn ilin fevralında başlayacağını qeyd edib: “Vaksin ilk öncə səhiyyə işçiləri, tələbələr, hüquq-mühafizə orqanlarının işçiləri və xroniki xəstəlikləri olan insanlara könüllü olaraq vurulacaq”.