Dünyada son sutkada yarım milyondan çox yoluxma

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib

Dünyada son bir gündə koronavirusa 563 mindən çox yoluxma qeydə alınıb.

AzNews.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 563 983 hal qeydə alınıb, COVID-19-dan 11 784 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 80 773 033, ölüm hallarının sayı 1 783 619 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 19 147 627 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 244 852), Braziliya (7 504 833), Rusiya (3 131 550), Fransa (2 530 400), Böyük Britaniya (2 382 869), İtaliya (2 067 487), İspaniya (1 893 502), Almaniya (1 687 185), Kolumbiya (1 603 807), Argentina (1 590 513) və Meksika (1 389 430) gəlir.