Ağızda quruluq və metal dadının gəlməsi də əlavə təsirlərin göstəricisidir Ağızda quruluq və metal dadının gəlməsi də əlavə təsirlərin göstəricisidir

Çin peyvəndindən sonra baş verə biləcəklər açıqlandı

Ağızda quruluq və metal dadının gəlməsi də əlavə təsirlərin göstəricisidir

Türkiyə Səhiyyə Nazirliyi Elmi Komitə üzvü və yoluxucu xəstəliklər üzrə professor Yeşim Taşova Çindən gətirilən “CoronaVac” peyvəndinin əlavə təsirlərindən danışıb.

AzNews.az-ın "sondakika.com"a istinadla məlumatına görə, professor bildirib ki, peyvənddən sonra qolda ağrı, istilik, şişkinlik, başda ağrı ola bilər.

Onun sözlərinə görə, ağızda quruluq və metal dadının gəlməsi də əlavə təsirlərin göstəricisidir.

Eyni zamanda, infeksionist yorğunluq və halsızlıq kimi lokal simptomların yaşana biləcəyini də qeyd edib.