- Dünyanın halı
- 23 Yanvar 2021 21:46
- 5 864
Nigeriyada güclü partlayış olub, 30 nəfər ölüb
Bu barədə yerli “The Nation” qəzeti xəbər yayıb
Cənub-şərqi Nigeriyada maye qaz daşıyan avtomobilin partlaması nəticəsində azı 30 nəfər həyatını itirib.
AzNews.az-ın məlumatına görə, bu barədə yerli “The Nation” qəzeti xəbər yayıb.
Aqbor şəhərindəki yanacaqdoldurma məntəqəsində paylama şlanqında baş verən sızma nəticəsində partlayış baş verib. Partlayış o qədər güclü olub ki, stansiyaya yaxın 30-dan çox evə ziyan dəyib.
Partlayışdan sonra yanğın başlayıb. İnsanların çoxu evlərində ölüb. 17 yaralı ağır yanıq xəsarətləri xəstəxanaya aparılıblar. Hadisə ilə bağlı araşdırma aparılır.