Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib

Bir gündə 600 mindən çox şəxsdə COVID-19 aşkarlanıb

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib

Dünyada COVID-19-a yoluxanların sayı 96,87 milyon nəfəri ötüb

AzNews.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 96 877 399 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 098 879 insan ölüb.

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 600 790 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 15 846 pasiyent təhlükəli infeksiyadan ölüb.

Son 24 saat ərzində infeksiyaya yoluxanların 50 faizindən çoxu Şimali və Cənubi Amerikada (325 856), daha sonra Avropada (188 728), ardından isə Cənub-Şərqi Asiyada (30 295) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.