- Dünyanın halı
- 6 Mart 2021 21:02
- 5 779
IPU: Dünyada parlamentarilərin 25%-dən çoxu qadınlardır
"Bu, bir irəliləyişdir, lakin tam bərabərlik hələ çox uzaqdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Parlamentlərarası Şura (Inter-Parliamentary Union – IPU) dünyanın qanunverici orqanlarında qadınların bərabər təmsilçiliyi uğrunda mübarizədə uğurlarını elan edib. Belə ki, 2020-ci ildə tarixdə ilk dəfə dünyada parlamentarilərin 25,5%-ni qadınlar təşkil edib.
Bu barədə IPU-nun açıqlamasında deyilir.
"Bu, bir irəliləyişdir, lakin tam bərabərlik hələ çox uzaqdır", - Şuranın məlumatında qeyd olunub.
Bu dövlətlər qrupu arasında lider qlobal reytinqdə 22-ci yerdə qərarlaşan Belarusdur. Bu ölkədə aşağı palatanın 40%-ni, yuxarı palatanın isə 25%-ni qadınlar təşkil edir. Vəziyyətə dinamik baxdıqda, keçən il 14 Avropa ölkəsində keçirilən seçkilərin nəticələrinə görə, onlardan üçündə – Azərbaycan, Çexiya və Rumıniyada qadınlar mandatların 20%-ni belə əldə edə bilməyiblər.(Apa)
AzNews.az