Dalay Lama karonavirusa qarşı peyvənd olunub

O, daha çox insanın peyvənd olunmasını arzulayır

Tibet buddistliyi davamçılarının dini lideri XIV Dalay Lama Hindistanın hospitallarından birində karonavirusa qarşı peyvənd olundu.

"TASS"ın verdiyi məlumata görə, bu barədə dini lider özünün rəsmi "YouTube" kanalında yerləşdirilən videomüraciətdə bildirib.

XIV Dalay Lama bildirib: "Aralarında həkim də olan yaxın dostlarımın dediyinə görə, ciddi problemlərin qarşısını almaq üçün peyvənd olunmaq lazımdı. Bu çox vacibdir, buna görə mən peyvənd oldum. Mən daha çox insanın qorxmamasını və peyvənd olunmasını istəyirəm".

Dini lider hansı şirkətin istehsal etdiyi vaksinlə peyvənd olunduğunu açıqlamayıb.

Qeyd edək ki, Hindistanda koronavirusa qarşı vaksinasiya kampaniyası yanvarın 16-sı başlayıb. Hazırkı dövrədək ölkədə 14 milyondan artıq insan peyvənd olunub. Vaksinasiya kampaniyası çərçivəsində "Covishield" və "Covaxin" peyvəndlərindən istifadə olunur.

AzNews.az