Ağ Ev: ABŞ mütəxəssisləri ÜST-ün koronavirusun mənşəyi ilə bağlı hesabatını araşdırır - YENİLƏNİB

Embarqo altında olan hesabat hazırda ABŞ mütəxəssislərinin əlindədir

“ABŞ mütəxəssisləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun mənşəyi ilə bağlı hesabatını araşdırır”.

TASS xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

"Əlbətdə ki, embarqo altında olan hesabat hazırda ABŞ mütəxəssislərinin əlindədir: Hesabat mütəxəssislərimiz tərəfindən aktiv və sürətli şəkildə araşdırılacaq", Psaki əlavə edib.

Qeyd edək ki, ÜST Baş katibi Tedros Adanom Qebreyesus bazar ertəsi Cenevrədə təşkil olunmuş mətbuat konfransında bildirib ki, təşkilatın üzv ölkələrinə araşdırma üçün təqdim edilən hesabatın ictimailəşdirilməsinə icazə verilməyib.

Hesabat bir qrup ÜST mütəxəssisinin Çinin Uhan şəhərinə səfəri əsasında hazırlanıb.

“The Wall Street Journal”ının məlumatına görə, Çində səfərdə olan ÜST mütəxəssisləri "virusun nə vaxt, harada və necə yayılmağa başladığı" sualına qəti cavab verməyib.

AzNews.az