Yüksək gəlirli ölkələrdə hər dörd nəfərdən biri artıq vaksinasiya olunub Yüksək gəlirli ölkələrdə hər dörd nəfərdən biri artıq vaksinasiya olunub

ÜST: COVID-19 əleyhinə vaksinasiyaların 87 %-i yüksək gəlirli ölkələrin payına düşür

Yüksək gəlirli ölkələrdə hər dörd nəfərdən biri artıq vaksinasiya olunub

"Dünya üzrə koronavirus əleyhinə vaksinasiyaların böyük əksəriyyəti əhalisinin adambaşına gəliri yüksək və orta olan ölkələrin payına düşür".

TASS xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib.

T.A.Qebreyesus bildirib ki, vaksinasiyaların 87 %-i gəliri yüksək və orta olan ölkələrdə həyata keçirilib, gəliri aşağı olan ölkələrin payına isə vaksinasiyaların yalnız 0,2 %-i düşür.

ÜST rəhbəri qeyd edib ki, yüksək gəlirli ölkələrdə hər dörd nəfərdən biri artıq vaksinasiya olunub.

COVAX beynəlxalq mexanizminin işi barədə danışan ÜST rəhbəri bildirib ki, martın sonuna qədər vaksinin təxminən 100 milyon dozasını paylaşdırmaq nəzərdə tutulmuşdu, lakin yalnız 38 milyon dozanı paylaşdırmaq mümkün olub.

Baş direktor COVAX-ın işlədiyini və onun güclü mexanizm olduğunu vurğulayıb: “Problem ondadır ki, bu mexanizm lazımi miqdarda vaksin almır”.(report)

AzNews.az