Onun adı Türkmənistanda hərbi hissəyə verilmişdi Onun adı Türkmənistanda hərbi hissəyə verilmişdi

Türkmənistan Prezidentinın atası vəfat edib

Onun adı Türkmənistanda hərbi hissəyə verilmişdi

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun atası Malikqulu Berdimuhamedov 88 yaşında vəfat edib.

Bu barədə Türkmənistan dövlət televiziyası məlumat yayıb.

Qeyd edək ki, M.Berdimuhamedov 1932-ci il avqustun 12-də anadan olub. O, 1982-ci ildə Daxili İşlər Nazirliyindən polis polkovnik-leytenantı rütbəsində ehtiyata buraxılıb. Türkmənistan DİN-in 1001 saylı hərbi hissəsinə və nazirliyin Aşqabaddakı yaşayış kompleksinə onun adı verilib.

AzNews.az