"Aparıcı güclər arasında münasibətlərin pozulmasının təhlükəsi barədə xəbərdarlıq etmişəm" "Aparıcı güclər arasında münasibətlərin pozulmasının təhlükəsi barədə xəbərdarlıq etmişəm"

BMT baş katibi: "Yeni soyuq müharibədən çəkinməliyik"

"Aparıcı güclər arasında münasibətlərin pozulmasının təhlükəsi barədə xəbərdarlıq etmişəm"

“Dünyanın aparıcı gücləri nəyin bahasına olur-olsun yeni bir soyuq müharibəyə sürüklənməməlidir”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin baş katibi Antonio Quterreş üzv dövlətlərin təmsilçiləri ilə təşkilatın növbəti rəhbərinin seçilməsi ilə bağlı görüşündə deyib.

"Yeni bir geostrateji bölgünün və aparıcı güclər arasında münasibətlərin pozulmasının təhlükəsi barədə xəbərdarlıq etmişəm. Bu, ən çox ehtiyac duyulduğu anda beynəlxalq əməkdaşlığı çox çətinləşdirəcək.Nəyin bahasına olursa olsun, yeni bir soyuq müharibədən çəkinməliyik", - BMT baş katibi vurğulayıb.

Qeyd edək ki, yayda BMT baş katibliyinə keçiriləcək seçkilərə hələ ki yeganə namizəd hazırkı baş katib Antonio Quterreşdir.

Aznews.az