İllik qiymət artımı 2 840 faiz təşkil edib İllik qiymət artımı 2 840 faiz təşkil edib

Venesuelada ilin əvvəlindən inflyasiya 240 faizi ötüb

İllik qiymət artımı 2 840 faiz təşkil edib

Venesuelada cari ilin 4 ayı ərzində qiymət artımı 240 faizdən çox olub.

AzNews.az-ın verdiyi xəbərə görə, bu barədə Venesuela Maliyyə Rəsədxanasının "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Aprel ayında inflyasiya 33,4 faiz, ilin əvvəlindən isə 240,5 faiz təşkil edib".

Qeyd edilir ki, illik qiymət artımı 2 840 faiz təşkil edib.

Venesuela son illərdə hiperinflyasiya və milli valyutanın devalvasiyası ilə müşayiət olunan sosial-iqtisadi böhran yaşayır. BMT-nin məlumatına görə, ölkəni təxminən 4,5 milyon nəfər tərk edib, onların təxminən 80 faizi region dövlətlərindədir.