İsrail tərəfi Misirin təkliflərini qəbul etməyib İsrail tərəfi Misirin təkliflərini qəbul etməyib

İsrail və Fələstin arasında vasitəçilik nəticə verməyib

İsrail tərəfi Misirin təkliflərini qəbul etməyib

Misir nümayəndə heyəti İsrail və Fələstin arasında atəşkəsə nail olunması məqsədilə Təl-Əvivə və Qəzaya səfərdən qayıdıb.

Aznews.az “Əl Əhram” qəzetinə istinadla xəbər verir ki, Qahirədəki diplomatik mənbə vasitəçilik missiyasının nəticə vermədiyini bildirib.

Diplomatik mənbənin bildirdiyinə görə, rəsmi Qahirə bir il müddətinə atəşkəs elan edilməsi və onun monitorinqinin Misir tərəfindən həyata keçirilməsini təklif edib. Nümayəndə heyəti, həmçinin Qüdsün şərq ərazilərinin məskunlaşdırılmasını dayandırmağın, bununla da gərginliyin azaldılmasının zəruriliyini vurğulayıb. Qəzadakı Həmas liderlərinə də atəşkəslə bağlı müraciət olunub. Lakin İsrail tərəfi Misirin təkliflərini qəbul etməyib.