Bu barədə Serbiyanın daxili işlər naziri Aleksandr Vulin deyib Bu barədə Serbiyanın daxili işlər naziri Aleksandr Vulin deyib

Serbiya NATO-ya üzv olmayacaq

Bu barədə Serbiyanın daxili işlər naziri Aleksandr Vulin deyib

“Rusiyanın NATO-nun genişlənməsinə qarşı mövqeyi başa düşüləndir, Serbiya Şimali Atlantika İttifaqının üzvü olmayacaq”.

AzNews.az xəbər verir ki, bu barədə Serbiyanın daxili işlər naziri Aleksandr Vulin deyib.

Onun sözlərinə görə, Serbiya prezidentinin rəhbərliyi altında hərbi baxımdan bitərəf olacaq:

“Rusiya Federasiyası öz mövqeyini dilə gətirir və bu mövqe tamamilə aydındır. NATO və Rusiya Federasiyasının sərhədlərinə yanaşması təhlükəsizlik baxımından qətiliklə qəbuledilməzdir.

Biz də parlament qərarı qəbul etdik. Milli müdafiə strategiyasında Serbiyanın NATO-ya üzv olmayacağını açıqlayan bütün lazımlı sənədləri hazır etmişik”.