Təxminən bir metr dərinlikdəki məzarlar radarlarla kəşf edilib Təxminən bir metr dərinlikdəki məzarlar radarlarla kəşf edilib

Kanadada yenə uşaq məzarları tapıldı

Təxminən bir metr dərinlikdəki məzarlar radarlarla kəşf edilib

Kanadanın Britaniya Kolumbiyası ştatındakı keçmiş bir kilsə məktəbinin yaxınlığında qeydiyyatda olmayan 182 uşaq məzarı aşkarlanıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, məzarlar ştatın cənubundakı Krənbruk şəhəri yaxınlığındadır.

Bildirilib ki, təxminən bir metr dərinlikdəki məzarlar radarlarla kəşf edilib.

Qeyd edilib ki, sözügedən məktəb bölgədə 1912-1970-ci illərdə fəaliyyət göstərib. Burada yüzlərlə yerli uşağa məcburi təhsil verilib.

Xatırladaq ki, bundan əvvəl Kanadada 215 uşağın qalıqları olan kütləvi məzarlıq və 751 uşağın məzarı aşkarlanmışdı.