Gürcüstan parlamentinin Xarici əlaqələr Komitəsinin rəhbəri Nikoloz Samxaradzenin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 18-19-da Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfər edəcək Gürcüstan parlamentinin Xarici əlaqələr Komitəsinin rəhbəri Nikoloz Samxaradzenin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 18-19-da Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfər edəcək

Azərbaycan, Türkiyə, Gürcüstan parlamentariləri Ankarada nələri müzakirə edəcəklər?

Gürcüstan parlamentinin Xarici əlaqələr Komitəsinin rəhbəri Nikoloz Samxaradzenin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 18-19-da Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfər edəcək

Bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib.

Nümayəndə heyəti Ankarada keçiriləcək Gürcüstan, Azərbaycan və Türkiyə parlamentlərinin xarici əlaqələr komitələri rəhbərlərinin IX üçtərəfli görüşündə iştirak edəcək.

Toplantıda üçtərəfli əməkdaşlığın gündəliyində duran bütün önəmli məsələlərin, Qara dəniz bölgəsində təhlükəsizliyə təhdidlər və regional əməkdaşlığın gücləndirilməsi imkanlarının müzakirəsi aparılacaq.

Görüş çərçivəsində ikitərəfli görüşlər də planlaşdırılıb.

Gürcüstan parlamenti üçtərəfli əməkdaşlıq formatını tərəflərin bölgədə baş verən proseslər, üçtərəfli strateji tərəfdaşlığın önəmli aspektləri və ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün gələcək addımların müzakirəsinə imkan verən əhəmiyyətli platforma kimi qiymətləndirir.