Koronavirusun "Qiyamət günü" variantı ortaya çıxa bilər Koronavirusun "Qiyamət günü" variantı ortaya çıxa bilər

İsraildə koronanın təhlükəli növü aşkarlandı

Koronavirusun "Qiyamət günü" variantı ortaya çıxa bilər

İsraildə koronavirusun daha yoluxucu sayılan yeni variantı aşkar edilib.

AzNews.az xəbər verir ki, AY.4.2 adlı variant xaricdən İsrailə qayıdan 11 yaşlı uşaqda müəyyən olunub.

Elm adamları yeni ştammın digərlərinə nisbətən 10-15% daha yoluxucu olduğunu bildiriblər.

Mütəxəssislər AY.4.2 variantına yoluxma faktının bir çox ölkədə qeydə alına biləcəyini vurğulayıblar.

İngiltərədə aparılan bir araşdırmaya görə, Alfa, Betta, Delta və Qamma kimi daha çox yoluxucu və ölümcül variantların birləşməsi olan "super variant" (Qiyamət günü variantı) ortaya çıxa bilər.

Lamiyə Əliyeva