Təcrübə göstərir ki, əsasən peyvənd olunmuş yaşlı insanlar koronavirusa yoluxa bilər Təcrübə göstərir ki, əsasən peyvənd olunmuş yaşlı insanlar koronavirusa yoluxa bilər

Peyvənd olunmuş insanlarda koronavirusun əsas simptomları açıqlanıb

Təcrübə göstərir ki, əsasən peyvənd olunmuş yaşlı insanlar koronavirusa yoluxa bilər

Peyvənddən sonra COVID-19-a yoluxma riski əhəmiyyətli dərəcədə azalsa da, xəstəlik ehtimalı istisna deyil.

Aznews.az xəbər verir ki, bu barədə Danimarka radiosu məlumat yayıb.

İnfeksion xəstəliklər üzrə mütəxəssis Tomas Benfild və immunoloq Rune Hartmanın fikrincə, peyvənd olunmuş insanlarda da koronavirus ağır formada özünü büruzə verə bilər. Təcrübə göstərir ki, əsasən peyvənd olunmuş yaşlı insanlar koronavirusa yoluxa bilər.

Peyvənd edilmiş insanlarda COVID-19-un ən çox rast gəlinən simptomları baş ağrısı, burun axması, öskürək, boğaz ağrısı və asqırmadır. Öz növbəsində, peyvənddən sonra qızdırma və qoxu itkisi də müşahidə edilir.