59 yaşlı siyasi lider əvvəllər əsasən müxalifətdə olub 59 yaşlı siyasi lider əvvəllər əsasən müxalifətdə olub

Avstraliyanın yeni baş naziri məlum olub

59 yaşlı siyasi lider əvvəllər əsasən müxalifətdə olub

Avstraliyada federal parlament seçkilərində qalib gələn İşçi Partiyasının lideri Antoni Albaneze səslərin hesablanmasına görə avtomatik olaraq ölkənin yeni, 31-ci baş naziri olub.

Aznews.az bu barədə ABC telekanalına istinadən xəbər verir.

59 yaşlı siyasi lider əvvəllər əsasən müxalifətdə olub. 26 illik siyasi karyerasında o, 2007-ci ildə leyboristlər qısa müddətə hakimiyyətə gələndə altı il Avstraliya hökumətində çalışıb. Sonra o, infrastruktur və nəqliyyat naziri olub. 2013-cü ildə isə Albaneze baş nazirin müavini təyin edilib.