Bu barədə “The Washington Post” məlumat yayıb Bu barədə “The Washington Post” məlumat yayıb

ABŞ-ın Akron şəhərində Müstəqillik Günü tədbirləri ləğv edilib

Bu barədə “The Washington Post” məlumat yayıb

ABŞ-ın Ohayo ştatının Akron şəhərinin hakimiyyəti küçə etirazlarından ehtiyat edərək iyulun 4-də Müstəqillik Günü münasibətilə kütləvi şənlikləri ləğv edib.

Aznews.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Bir neçə gün əvvəl qaydaları pozduğu üçün polis tərəfindən təqib edilən afroamerikalı şəxs güllələnib və bu, küçə etirazlarına səbəb olub.

25 yaşlı Ceyland Uokerə 90-dan çox güllə atılıb, onlardan 60-dan çoxu hədəfə dəyib. O, yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı səkkiz polis əməkdaşı istintaqa qədər işdən çıxarılıb.