- Dünyanın halı
- 22 Sentyabr 2022 10:40
- 3 621
230 balina sahilə çıxdı
Avstraliyanın Tasmaniya əyalətində 230-a yaxın balina quruya çıxıb
Təbii Sərvətlər və Ətraf Mühit Departamentindən verilən açıqlamada, qurudakı balinaların pilot balinalar olduğu və yarısının hələ də sağ olduğunun təxmin edildiyi bildirilib.
Balinaları xilas etmək üçün Dənizi Qoruma Proqramından bir qrupun bölgəyə getdiyi bildirilib. Xalqa balinalara müdaxilə etməmələri barədə xəbərdarlıq edilib. Bundan əlavə, balinaların qoxusundan köpək balıqlarının sahilə çıxa biləcəyi bildirilib, sörfçülər və üzgüçülər ərazidən uzaq durmağa çağırılıb.
Züriyə Qarayeva