Şahzadə Salman Səudiyyə Ərəbistanının baş naziri oldu

Səudiyyə Ərəbistanında Nazirlər kabinetində sonuncu dəyişiklik 27 dekabr 2018-ci ildə edilib

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-da dərc olunan kral fərmanında kabinetdə bəzi dəyişikliklərin edildiyi bildirilib.

Müvafiq olaraq, Nazirlər Şurasına vəliəhd şahzadə Məhəmməd bin Salmanın sədrlik edəcəyi qeyd edilib.

Açıqlamada Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin qatıldığı Nazirlər Şurasının iclaslarına Kral Salmanın yenidən rəhbərlik edəcəyi vurğulanıb.

Yeni kabinetdə Xalid bin Salman müdafiə naziri, Talal bin Abdullah bin Turki əl-Uteybi isə müdafiə nazirinin müavini təyin edilib.

Xarici işlər naziri Feysəl bin Ferhan və energetika naziri Əbdüləziz bin Selmanın yerlərini qoruyub saxladıqları sözügedən nazirliklərdə heç bir dəyişiklik olmaması diqqət çəkib.

Səudiyyə Ərəbistanında Nazirlər kabinetində sonuncu dəyişiklik 27 dekabr 2018-ci ildə edilib.

Züriyə Qarayeva