Braziliyada seçicilərin yeni liderini seçmək üçün 4 həftə vaxtı var Braziliyada seçicilərin yeni liderini seçmək üçün 4 həftə vaxtı var

Lula da Silva Braziliyada keçirilən ilk tura liderlik edir

Braziliyada seçicilərin yeni liderini seçmək üçün 4 həftə vaxtı var

Braziliyada dünən keçirilən prezident seçkilərinin ilk turunda namizədlər 50 faizə çata bilməyib.

Seçkilərdə hazırkı prezident, ifrat sağçı Jair Bolsonaro əvvəllər ölkəni idarə edən solçu Luiz İnasio Lula da Silva ilə qarşılaşıb.

Son sorğularda Lula Da Silva Bolsonaronu geridə qoymağı bacarıb.
Səslərin 98 faizə yaxınının hesablandığı açıqlanıb. Hazırda Lula da Silvanın 47,9 faiz, Bolsonaronun isə 43,7 faiz səs topladığı görülür.

Braziliyada seçicilərin yeni liderini seçmək üçün 4 həftə vaxtı var. Ölkədə sonuncu seçki 24 il əvvəl birinci turda başa çatıb. Ona görə də seçimlərimin ikinci tura keçməsi təəccüblü deyildi.

Züriyə Qarayeva