- Dünyanın halı
- 5 Oktyabr 2022 17:54
- 2 814
Miçotakis ABŞ siyasətçiləri ilə görüşüb
Miçotakis son zamanlar Türkiyə ilə münasibətləri həm Aİ, həm də ABŞ-da tez-tez gündəmə gətirir
Yunanıstanın baş naziri Kiriakos Miçotakis Afinada ABŞ-nin Hərbi Əlaqələr Komitəsinin sədri Adam Smitin rəhbərlik etdiyi Konqresin Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Miçotakisin Türkiyənin verdiyi "təhlükəli və həddindən artıq aqressiv" açıqlamalardan şikayətləndiyi öyrənilib.
Yunanıstan baş nazirliyindən verilən açıqlamada Yunanıstanın ərazi bütövlüyünün şübhə altına alına bilməyəcəyi bildirilib.
Ötən gün partiyasının qrup toplantısında çıxış edən Miçotakis “Sərhədlərimiz boz deyil, mavidir. Avropadakı və Atlantik okeanının o tayındakı müttəfiqlərimiz bizimlə həmfikirdirlər” deyib.
Miçotakis son zamanlar Türkiyə ilə münasibətləri həm Aİ, həm də ABŞ-da tez-tez gündəmə gətirir.
Züriyə Qarayeva