"Rus işğalçıları tərəfindən zorlanan ən gənc qız 4 yaşındadır" - Ukraynanın birinci xanımı

Böyük Britaniyaya səfəri çərçivəsində Ukraynanın birinci xanımı Yelena Zelenska Böyük Britaniya parlamenti qarşısında çıxış edib.

AzNews.az xəbər verir ki, prezidentin xanımı çıxışında Rusiyanın Ukraynanı bombalamasını İkinci Dünya Müharibəsi zamanı nasistlərin Böyük Britaniyanı bombalaması ilə müqayisə edib.

Prezidentin xanımı rus işğalçıları tərəfindən ukraynalıların çoxsaylı zorlanması faktlarına da diqqət çəkib.

“Rusiya ordusu qaçdıqdan sonra azad edilmiş şəhər və icmaların hər yerində görüntülərə rast gəlinir. Onların minlərlə cinayəti, o cümlədən cinsi zorakılıq cinayətləri sənədləşdirilib. Rus işğalçıları tərəfindən zorlanan ən gənc qızın dörd yaşında olduğunu bilirik. Ən yaşlı qurbanın 85 yaşı var. Bunlar müəyyən edilmiş qurbanlardır. Bəs onlardan neçəsi haqqında hələ məlumatımız yoxdur?” - Olena Zelenska əlavə etdi.

Birinci xanım Britaniya parlamentini və hökumətini Rusiyanın Ukraynaya təcavüzü cinayətinə görə xüsusi tribunal yaratmaq üçün qlobal səylərə rəhbərlik etməyə çağırıb.

Pərvanə