Pakistanın Kabildəki səfirliyinə silahlı hücum olub

Pakistanın Kabildəki səfirliyinə silahlı hücum edilib. Pakistanın baş naziri Şahbaz Şərif Twitter hesabında etdiyi paylaşımda hücumu pisləyib və hadisənin təcili araşdırılmasını tələb edib.

Aznews.az xəbər verir ki,Əfqanıstanın paytaxtı Kabildəki səfirliyin yerləşdiyi ərazidəki binadan atəş açılıb.

Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, hücumda Kabildəki müvəqqəti işlər vəkilinin hədəf alındığı bildirilib.

Mövsüm Şahsuvar