Yaponiya müdafiə büdcəsini 50% artıracaq

Yaponiyanın baş naziri Kişida Fumio 5 illik müdafiə büdcəsini müzakirə etmək üçün müdafiə naziri Hamada Yasukazu və maliyyə naziri Suzuki Şuniçini qəbul edib.

Aznews.az xəbər verir ki,hökumət ilin sonuna kimi “Milli Təhlükəsizlik Strategiyası, Milli Müdafiənin Əsasları və Orta Müddətli Müdafiə Proqramı” kimi 3 milli doktrinanı yeniləməyi hədəfləyir.

“maliyyə sağlamlığını” hədəfləyən Maliyyə Nazirliyi 35 trilyon yen, milli təhlükəsizliyi ön planda tutan Müdafiə Nazirliyi isə 48 trilyon yen büdcə nəzərdə tutur.

Nazirlərini bir araya gətirən Kişida, 5 illik milli müdafiə büdcəsinin 43 trilyon yen (318 milyard dollar) olaraq planlaşdırılmasını tapşırığını verib.

Planlaşdırılan həcm rəsmən qəbul olunarsa, müdafiə büdcəsi 50 faizdən çox artırılacaq.

Təlimatlara uyğun olaraq, hakim koalisiyanın büdcə təklifləri qəbul ediləcək və lazımi müdafiə imkanlarının təmin edilməsi üçün dərhal maliyyə vəsaiti əldə ediləcək.

Mövsüm