- Dünyanın halı
- 20 Fevral 2023 17:28
- 3 250
Pakistanda qəza- ölənlər var

Pakistanın Pəncab əyalətində avtobusun törətdiyi yol qəzasında 15 nəfər ölüb, 64 nəfər yaralanıb.
Aznews.az xəbər verir ki, "Geo News" televiziyasında yayılan xəbərə görə, İslamabaddan Lahora gedən avtobus qarşı zolağa keçərək üç avtomobilə çırpılıb.
Qeyd edək ki, Pakistanda qeyri-adekvat yol infrastrukturu və qaydalara əməl edilməməsi səbəbindən ölümlə nəticələnən yol qəzaları tez-tez baş verir. Fevralın 2-də Gilgit Baltistan bölgəsində avtobus və minik avtomobilinin toqquşması nəticəsində 25 nəfər həlak olub.
Mövsüm