Çin və Rusiya Asiya üzrə məsləhətləşmələrdə razılığa gəldi

Çin və Rusiya Asiya üzrə məsləhətləşmələrin yeni mərhələsi keçirib və qarşılıqlı fəaliyyət və koordinasiyanı gücləndirmək və regionun təhlükəsizlik və inkişaf maraqlarını qorumaq barədə razılığa gəliblər.

Aznews.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda deyilir.

Sənəddə göstərildiyi kimi, məsləhətləşmələr fevralın 27-də Pekində baş tutub və onlara Çin Xarici İşlər Nazirliyinin Asiya ölkələri üzrə departamentinin direktoru Liu Cinsonq və Rusiya Xarici İşlər Nazirliyinin Asiya və Sakit Okean ölkələri əməkdaşlığı departamentinin direktoru Aleksey Ovçinnikov həmsədrlik edib.

“Tərəflər Asiya regionundakı vəziyyət, regional əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar və razılaşıblar ki, hazırkı vəziyyətdə Çin və Rusiya Asiya məsələlərində qarşılıqlı fəaliyyət və koordinasiyanı gücləndirməli və regionun təhlükəsizliyini birgə müdafiə etməlidirlər"-deyə bəyanatda qeyd olunub.

Mövsüm