Almaniya tərəfindən axtarılan PKK üzvü Cənubi Kiprdə saxlanılıb

Almaniya tərəfindən “terror təşkilatına üzv olmaq” ittihamı ilə həbs qərarı çıxarılan şübhəli Cənubi Kiprin Larnaka şəhərində yaxalanıb.

Aznews.az xəbər verir ki, Yunan mətbuatında yer alan xəbərə görə, terror təşkilatı PKK üzvü olduğu bildirilən 49 yaşlı Kənan Ayas martın 15-i çərşənbə günü Larnaka hava limanından başqa ölkəyə gedərkən Almaniya tərəfindən verilən "Avropa həbs orderi" çərçivəsində Kipr yunan polisi tərəfindən saxlanılıb.

Ekstradisiya prosesi başlanan Ayas Larnaka məhkəməsinə çıxarılıb.

Məhkəmə Almaniyadan göndərilən sənədlər tərcümə olunana qədər Ayasın polis idarəsində saxlanmasına qərar verib .

Terror təşkilatı PKK tərəfdarları Ayasın azadlığa buraxılması üçün Larnaka Məhkəməsi qarşısında nümayiş keçirib.

Yunan rəsmi agentliyi "CNA" və "Cyprus Mail" qəzetində yer alan xəbərlərdə Ayasın türk əsilli olduğu və uzun müddətdir Cənubi Kiprin Rum hissəsində (GCA) sığınacaq axtararaq yaşadığı bildirilib.

Mövsüm