Nüvə silahı ilə bağlı bütün riskləri azaltmaq üçün İsveçrədən çağırış

Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcəyini elan etdikdən sonra İsveçrə “nüvə silahları ilə bağlı bütün riskləri azaltmaq üçün təcili tədbirlər görməyə” çağırıb.

Aznews.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi öz "Twitter" hesabında məlumat yayıb.

“Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırması ilə bağlı xəbərlərə əsaslanaraq, İsveçrə nüvə silahı ilə bağlı bütün riskləri azaltmaq üçün təcili tədbirlər görməyə çağırır”, - postda deyilir.

Nüvə müharibəsinin heç vaxt qalib gələ bilməyəcəyini və qalib gəlməməli olduğunu vurğulayan yazıda gərginlikdən qaçınmaq çağırışı da yer alıb.

NATO və Avropa İttifaqı (Aİ) Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını “məsuliyyətsiz” hesab etdiklərini bildiriblər.

Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi də Putinin qərarı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsini istəyib .

Mövsüm