İsveç ordusu "TikTok"dan istifadəni qadağan edib

İsveç ordusu təhlükəsizlik baxımından telefonlarda "TikTok" tətbiqindən istifadəni qadağan etdiyini açıqlayıb.

AzNews.az xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qərarın tətbiqin istifadəçi məlumatlarını yaymasına və sahibi "ByteDance" şirkəti haqqında ortaya çıxan hesabatlara əsaslanaraq təhlükəsizlik məsələlərinə görə qəbul edildiyini açıqladı.