- Dünyanın halı
- 4 Aprel 12:17
- 1 434
Çin Ukrayna böhranının həlli üçün Aİ ilə dialoqa hazırdır

Çin hakimiyyəti Ukrayna böhranının sülh yolu ilə nizamlanması üzrə Avropa İttifaqı ilə dialoqa hazırdır.
AzNews.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.
"Biz Ukrayna münaqişəsinin siyasi həlli ilə bağlı Avropa tərəfi ilə dialoqa və təmaslara hazırıq" , - o deyib.
Diplomat xatırladıb ki, Çin Ukrayna münaqişəsinin tərəfi deyil: "Biz ümid edirik ki, Aİ strateji müstəqillik və siyasi müdriklik nümayiş etdirəcək".
Mao Ning vurğulayıb ki, Pekin Ukraynada sülh prosesini qətiyyətlə dəstəkləyir və bunu fəal şəkildə təbliğ edir. O, həmçinin Aİ-nin regionda uzunmüddətli sabitliyin qorunmasına kömək edəcək addımlar atacağına ümid etdiyini bildirib.