"Cash App"in yaradıcısı San-Fransiskoda qətlə yetirilib

Milyard dollarlıq “Cash App” texnologiya şirkətinin qurucusu San-Fransisko şəhərinin mərkəzində bıçaqlanıb.

AzNews.az xəbər verir ki, polis 43 yaşlı BobLini yaralı halda taparaq xəstəxanaya aparıb.

Müalicə olunan Li aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Atası Rik Li oğlunun öldürüldüyünü təsdiqləyib.

Qeyd edək ki, "Cash App" şəxsdən şəxsə pul köçürmələrinə imkan verən smartfon əsaslı ödəniş proqramıdır və hazırda "Forbes"a görə 40 milyard dollar dəyərindədir.